Orta Asiyada hansı qadınlar ailə qura bilmir? – FOTOLARbackend

Orta Asiyada hansı qadınlar ailə qura bilmir? - FOTOLAR

Bəzən elə hesab edilir ki, Orta Asiyada ailə həyatı qurmaqla bağlı praktiki olaraq heç bir problem yoxdur. Amma əslində bu, belə deyil. Son 30 ildə bu regionda boşanmaların sayı artıb. Artıq adət-ənənələr nikahları uğurlu edə bilmir.

KONKRET.az bu regionda psixoloqların demoqrafiya ilə bağlı araşdırmalarının qısa xülasəsini təqdim edir. Həmin araşdırmalarda vurğulanır ki, Orta Asiya mentaliteti bəzi kişilər və qadınları rədd edir. Buna görə də həmin insanlar ailə həyatı qurmaqda çətinlik çəkirlər.

Вообще-то, демография Средней Азии подтверждает, что проблем с созданием семьи там практически нет. После двадцати почти все уже женаты или замужем, а через пару лет имеют несколько детей.-2

Xüsusən də Orta Asiyada ailə qurmadan yaşlanan və ailəsi dağılan qadınların sayı durmadan artır:

“Hələ sovetlər dövründə bu bölgənin gəncləri öz iradələrinə uyğun həyat yoldaşı seçə bilirdilər. Bəzən cütlüklər məktəbdə, kollecdə və ya ali məktəblərdə tanış olaraq evlənirdilər. Yalnız ən düşüncəsiz valideynlər övladlarının xoşbəxtliyinə mane olurdular.

Ancaq indi situasiya fərqlidir. Ya gənclər ailə qura bilmir, ya da yeni qurulan ailələr daha tez dağılır. Ümumiyyətlə, Orta Asiyada ənənəyə görə, erkən ailə qurmaq adətdir. Valideynlər bu işdə onlara yaxından kömək edirlər və burada nikahların əhəmiyyətli bir hissəsi hələ də razılaşma yolu ilə baş verir.

Hazırda tanışlıqlar və ünsiyyət onlayn həyatda daha uğurlu alınır. Reallıqda gənc qız və oğlanlar bir-birilə uyğunlaşa bilmirlər. Psixoloqlar deyir ki, virtual məkanda ideal tərəfdaş kimi görünənlər real həyatda tərəf müqabilini daha tez yanıldır. Xüsusən qızlar seçdikləri “ağatlı oğlan”ın neqativ xüsusiyyətlərinə dözümsüzlük nümayiş etdirirlər. Ona görə də ailə qurmaq prosesində ciddi uğursuzluqlar müşahidə edilir.

Вообще-то, демография Средней Азии подтверждает, что проблем с созданием семьи там практически нет. После двадцати почти все уже женаты или замужем, а через пару лет имеют несколько детей.-3

Bəs Orta Asiyada hansı qadınlar rədd edilir?

Psixoloqlar bu suala ümimi cavab veriblər. Həmin rəylərə görə, qohumlarının həyatında baş verən xoşagəlməz faktlar və cəmiyyətdəki neqativ hallar qızların ailə qurmaq baxışlarını deformasiyaya uğradır.

Ümumiyyətlə, Şərqdə evlilik sadəcə qadın-kişi icdivacı deyil, həm də klanların birliyidir. Və yaxın çevrədə bir nəfərin səhvi onun bütün ailəsinə rüsvayçılıq gətirir. Bu vəziyyət qıza da başucalığı gətirmir.

Şərq adətinə görə, sevmədiyi bir insan tərəfindən qaçırılan qız əgər polis tərəfindən geri qaytarılıbsa, çoxları onun rüsvay olduğunu düşünür. Yaxud toyqabağı gəlin fikrini dəyişib bəydən imtina edərsə, bu, o deməkdir ki, o, öz gələcəyini baltalayıb.

Вообще-то, демография Средней Азии подтверждает, что проблем с созданием семьи там практически нет. После двадцати почти все уже женаты или замужем, а через пару лет имеют несколько детей.-4

Əgər kimsə qızı başqa bir oğlanla görüşübsə və yaxud İnternetdə açıq-saçıq fotolarını yerləşdiribsə, deməli, bu qızın da ailə qurmaq şansı azalacaq.

Bir çox ailələr nikahdan əvvəl Rusiyada işləyən gəlinləri qəbul etmək istəmirlər – tərcümeyi-halının qalan hissəsi ideal olsa belə. Düşünürlər ki, normal valideynlər övladını başqa ölkəyə buraxmamalıdır.

Вообще-то, демография Средней Азии подтверждает, что проблем с созданием семьи там практически нет. После двадцати почти все уже женаты или замужем, а через пару лет имеют несколько детей.-5

İnternat məktəblərində oxuyan qızlar üçün də həyat çox mürəkkəb olur. Belə qızlara normal ailələr elçi düşmür.

Həmçinin, əgər qız ali məktəbi bitirdikdən dərhal sonra (xüsusən kənd yerlərində) ərə getməzsə, o zaman onun gələcəkdə ailə qurmaq şansı azalır.

Məsələn, Özbəkistanda evlilik proqramlarına qatılan qızları qeyri-ciddi qəbul edirlər. Belə qarıyan qızlar hər kəslə, hətta uşaqlı, boşanmış adamla da evlənməyə məcbur olurlar.

Amansız cəhətlərdən biri də çox çirkin və ya xəstə qızların ailə qura bilməməsidir. Bu, nəinki Orta Asiyada, hətta Cənubi Qafqazda da belədir.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*