“Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı” – Vasifin anası DANIŞDIbackend

“Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı” - Vasifin anası DANIŞDI

“Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı. Allah Prezidentimizin canını sağ eləsin, onu var eləsin. Cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Onun atdığı qətiyyətli addımlar sayəsində uşaqlarımızın qanı yerdə qalmadı”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva səfirliyə basqın edən Yasin Hüseynzadənin edam olunması xəbərindən danışarkən deyib.

O, oğlu Vasif Tağıyevin səhhəti barədə də məlumat verib:

Allaha şükür, görünüşdə səhhəti yaxşıdır, amma sol tərəfdən üzünə güllə dəyən hissı hərəkətsizdir, keyimiş vəziyyətdədir. Nə qədər həkimə getdi. Həkimlər də baxdılar, dedilər ki, bərpa olunası deyil. Əsas odur ki, nəfəsi üstümüzdədir. Hər kəsə təşəkkür edirik. İki il ərzində həmişə bizimlə maraqlandınız, hamınız var olun”.

Qeyd: Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər edam olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*