Osimhen yeni klubu ilə razılığa gəldi – SON DURUMbackend

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

Son mövsümü icarə əsasında “Qalatasaray”da keçirən “Napoli”nin hücumçusu Viktor Osimhenin yeni klubu müəyyənləşib. 

KONKRET.az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Nigeriyalı ulduz forvard “Əl-Hilal”a keçməyə razılaşıb. 26 yaşlı futbolçu əvvəllər Səudiyyə Ərəbistanı klubundan imtina etsə də, yeni cəlbedici təklifi qəbul edib. Nigeriyalı ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə əsasən, o, “Əl-Hilal”da ildə təxminən 35 milyon avro qazanacaq. “Napoli” isə forvardın satışından təxminən 70 milyon avro qazanacaq.

Viktor Osimhen ötən mövsüm Türkiyə nəhənginin heyətində 41 matça çıxaraq 37 qol vurub.

Qeyd edək ki, “İnter”in keçmiş baş məşqçisi Simone İnzaqi bu yaxınlarda “Əl-Hilal”ın baş məşqçisi təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*