Oteldə baş verən yanğında azı 10 nəfər ÖLDÜ – VİDEObackend

Oteldə baş verən yanğında azı 10 nəfər ÖLDÜ - VİDEO

Kambocanın Poypet şəhərində “Grand Diamond City Hotel and Casino” otelində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Fresh News” portalı polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox yaralı var.

Qeyd olunub ki, onlar tüstüdən zəhərlənib və ya yuxarı mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıblar.

Yerli administrasiyadan verilən məlumata görə, binada 400-dən çox adam olub.

Yanğın daha sonra yaşayış məntəqələrinə keçib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*