Ötən gün Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlandıbackend

Ötən gün Ağdamda minaya düşən polisin son vəziyyəti açıqlandı

Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, 1988-ci il təvəllüdlü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşına sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*