İyulun 1-də İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Kanal bildirir ki, zərbələr nəticəsində 109 fələstinli, o cümlədən humanitar yardım məntəqələrində ərzaq gözləyən 28 nəfər öldürülüb.
Anklavın səhiyyə nazirliyinin məlumatına görə, may ayının sonundan 600-dən çox insan humanitar yardım məntəqələrinə edilən hücumların qurbanı olub.
Ümumilikdə, 2023-ci ilin oktyabrında silahlı münaqişənin kəskinləşməsindən bəri Qəzza zolağında 56,6 min nəfərdən çox insan həlak olub, 134 min nəfər yaralanıb.