Ötən il oğurlanan kriptovalyutaların dəyəri 3 milyard dolarlı keçibbackend

Ötən il oğurlanan kriptovalyutaların dəyəri 3 milyard dolarlı keçib

2024-cü il kriptovalyuta ilə əlaqəli hakerlik fəaliyyətində əhəmiyyətli bir artım oldu.

KONKRET.az xəbər verir ki, bu barədə “PeckShield” kibertəhlükəsizlik şirkəti məlumat yayıb. Analitiklərin fikrincə, 2024-cü ildə hakerlik və fırıldaqçılıqdan itkilərin ümumi dəyəri 3 milyard dolları ötüb. 2024-cü ildə oğurlanan rekord vurmayıb, daha çox oğurlanıb. 2023-cü ildə itkilər 2,61 milyard dollar təşkil edirdi. 2024-cü ildə ən böyük sındırmalar Yaponiya kriptovalyutası “DMM Bitcoin”ə (mayda 305 milyon dollar oğurlanıb), fevralda NFT platforması “PlayDapp”a (290 milyon dollar) və iyulda “WazirX” ticarət platformasına edilən hücumlar (230 milyon dollar) olub. Ən böyük itkilər ilin birinci yarısında baş verib – may ayında 662 milyon dollar kriptovalyuta oğurlanıb, ilin ikinci yarısında oğurlanan məbləğlər 440 milyon dollar azalıb. Başqa bir yeni hiylə saxta Zoom video konfranslarına dəvətlər vasitəsilə fişinq hücumlarıdır. Guya onlayn konfrans üçün zərərli keçidə kliklədikdən sonra istifadəçinin cihazında hakerlərə şəxsi məlumatları oğurlamağa və kripto pul kisələrinə giriş əldə etməyə imkan verən proqram təminatı quraşdırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*