Ötən il yoxa çıxan təyyarənin qalıqları dənizin dibində aşkar edildibackend

Ötən il yoxa çıxan təyyarənin qalıqları dənizin dibində aşkar edildi

Bir il əvvəl itkin düşən “Cessna 172” təyyarəsinin qalıqları Şimal dənizində tapılıb.

KONKRET.az “Shetland News”a istinadən xəbər verir ki, balıqçı gəmisinin heyəti Şotlandiyanın Lervik şəhəri yaxınlığında dənizin dibindəki qəribə obyekt görüblər. Dəmir parçalarından biri suyun üzünə çıxarıldıqdan sonra  məlum olub ki, bu, kiçik bir təyyarənin gövdəsinin hissəsidir. Dərhal hadisə yerinə tədqiqatçılar cəlb olunub və  təyyarənin qalıqlarına baxış keçirilib. Müəyyən edilib ki,  bu, içərisində insan qalıqları olan təyyarədir. Xatırladaq ki, 2023-cü ilin sentyabrında yoxa çıxan “Cessna 172” təyyarəsində yalnız 62 yaşlı pilot olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*