Ov etmək üçün onlayn icazə niyə tətbiq olunmur? – Rəsmibackend

Ov etmək üçün onlayn icazə niyə tətbiq olunmur? – Rəsmi

Ov etmək üçün onlayn icazənin tətbiq olunmamasının səbəbi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox “ASAN” xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verir:

“Ovçuluq biletlərinin verilməsi ilə bağlı xidmət 5 saylı “ASAN” xidmət mərkəzində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında elektron xidmətlər bölməsində bu xidmətin birinci mərhələsi üçün müraciət bölməsi var. İllik statistikaya nəzər salanda görürük ki, elektron formada müraciət çox azdır”.

A.Babayeva bildirib ki, gələcək illərdə ov etmək üçün onlayn icazənin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulub:

“Ovçuluq üçün icazə alanların əksəriyyəti regionlardan olan yaşlı insanlardır. Onlar üçün də əyani müraciət elektron müraciətdən daha asandır. Amma təbii ki, onlayn icazənin gələcək illər üçün tətbiqi nəzərdə tutulub. Çünki gənclər arasında buna tələbat var”.

  • Emin
    Dekabr 20, 2024 - 16:05

    Yalan danışmaq lazım deyil ovçular arasında yaşlı insanlardan çox cavanlardı üsdəlik lisenziya almaq üçün iki dəfə gedməy lazım gəlir, iki ildən bir ovçuluq biletinə möhür vurmaq lazımdı ona görə də ovçuları incidirlər bir dəfə bileti verirsən bir həftə sonra gəlib götürürsən bunu qubada zakatalada qalan insannar necə eləsin buna da ancaq beş saylı asan xidmət baxır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*