Ova gedərkən 11 yaşlı oğlanı öldürdübackend

Ova gedərkən 11 yaşlı oğlanı öldürdü

Rusiyanın Rostov vilayətində 11 yaşlı oğlan ov tüfəngindən açılan atış nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin bölgədəki saytında yer alıb.

Faktla əlaqədar “Ehtiyatsızlıqdan ölümə səbəb olmaq” maddəsi ilə cinayət işi açılıb.

İstintaqın məlumatına görə, bir nəfər öz tanışı və onun 11 yaşlı oğlu ilə birlikdə avtomobilə minərək ova gediblər.

Avtomobilin ön oturacağında oturan şübhəli tüfəngə bir güllə qoyaraq onu arxa və qabaq oturacaqların arasına qoyub.

Yol gedərkən təsadüfən tüfəngdən atəş açılıb və güllə arxada oturan oğlanın qarnına dəyib.

Xəstəxanaya aparılan uşaq orada dünyasını dəyişib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*