“Moskva Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrini təmin etmək üçün demək olar ki, hər gün Bakı və İrəvanla əlaqə saxlayır”.
KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Rusiya baş nazirinin müavini Aleksey Overçuk çıxış edib.
O bildirib ki, “Rusiya danışıqlarda iştirak edir, həll yollarını təklif edir, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında ünsiyyəti təmin edir. Bu, bir dialoq platformasıdır. Mən blokun açılmasının dəqiq nə vaxt açılacaq sualına heç vaxt cavab vermirəm. Proses yavaş-yavaş tərəflər razılaşdıqda tam başa çatacaq”.
Overçuk həmçinin vurğulayıb ki, “Əsas odur ki, işlər davam edir. Biz Azərbaycan tərəfi və Ermənistan tərəfi ilə demək olar ki, hər gün nəqliyyat əlaqələrinin açılması mövzusunda əlaqə saxlayırıq. Biz daimi ünsiyyətdəyik. İşlər yalnız görüşdən görüşə aparılmır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az