“Bugünkü Ermənistanın müqavimətdən danışmağa əsası yoxdur. Səbəbləri çoxdur. Onlardan biri Ermənistanın aktor kimi çəkisinin azalmasıdır və bu, Qarabağın itirilməsi ilə bağlıdır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Vazgen Ovhannisyan bildirib.
O, daha sonra fikirlərini belə davam etdirib:
“Azərbaycanın strategiyası çox səriştəlidir, dəfələrlə sınaqdan keçirilib, lakin 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra uğurlu alınıb. Azərbaycanın strategiyası Liddell Hartın kitabında təsvir edilən dolayı fəaliyyət strategiyasıdır: Düşməni əvvəlcə qeyri-hərbi texnika ilə məğlub et, ondan sonra müharibəyə çəkilən xərcləri ödətmək. Bu məntiq davam edir. Azərbaycanın strategiyasının əsasını həm də bütövlükdə Cənubi Qafqazda çəki kateqoriyasının yüksəldilməsi təşkil edirdi ki, bu da zəif halqanın məğlub olduğu zaman baş verir. Bu halda biz daha zəif halqayıq və açıq-aydın bu strategiyanın günahı bizim üzərimizdədir”.
Nikol Paşinyanın təqdim etdiyi “strategiya”ya gəlincə, əgər o, bu şəkildə formalaşdırıla bilirsə, deməli, artıq bu, fəlakətdir.
Ermənistanın strategiyası yoxdur. Bu, uduzan strategiyadır, yəni güzəştə gedə biləcəyini Azərbaycana mümkün qədər güzəştə getməkdir, bunun müqabilində Azərbaycan hərbi güc tətbiq etməyəcək. Bir müddət ictimaiyyətə sülh gündəmi kimi təqdim olunacaq, lakin sonda Azərbaycan hərbi və ya qeyri-hərbi vasitələrdən istifadə edərək Ermənistanı siyasi aktor kimi sıradan çıxarmağa çalışacaq.
Bir sözlə, Ermənistan Respublikası ontoloji təhlükə ilə üz-üzədir. Ermənistan hakimiyyətinin apardığı xarici siyasət həyati maraqlarına xidmət etmək məqsədi daşımır. 2018-ci ildən indiki hakimiyyətinin siyasəti şəxsiyyət komponentini məhv etməyə yönəlib”.
Onun sözlərinə görə, yaradılan vəziyyət çox təhlükəlidir. “Hakimiyyət dəyişikliyi olacağı təqdirdə Ermənistan qarşıdurma siyasətinə keçməlidir. Əgər Ermənistan gizli gücə malik olmasa, nəticə əldə edə bilmərik. Növbəti hökumətin bugünkü mövcud resurslara əsaslanan aydın strategiyası olmalıdır ki, bizim qırmızı xətlərimizi dərk edək.
Bu fəlakətli vəziyyətdə belə, aydın strategiya varsa, demoqrafiyanın hərbi gücə necə xidmət edə biləcəyini başa düşmək olar. Strateji məntiq qarşıdurma üzərində qurulmalıdır, çünki Azərbaycan bizi siyasi amil kimi aradan qaldırmağa çalışır. Ona görə də növbəti hökumət gəlib sülh gündəmindən danışarsa, bu, məğlubiyyət seriyamızın davamı demək olacaq. Müharibədən danışmağa dəyməz, amma biz kiçik dövlətik və gücümüz azaldıqca Liliputiyaya gedirik.
Kiçik dövlətlər üç mümkün ssenaridə hərəkət edə bilər.
Birincisi, regional və ya qeyri-regional güclərin sizə güc verməsinin qarşısını almaq üçün məhdud resursların kompensasiyasını nəzərdə tutan balanslaşdırma siyasətini həyata keçirməyə çalışmaq.
İkincisi, hücum realizminin məntiqi ilə hərəkət etmək. Azərbaycan bunu edib və edir.
Üçüncü amil, güc faktoru olmaqdan çıxdıqda, bu və ya digər güc proyeksiyasına bağlı olursunuz”.
O qeyd edib ki, Ermənistanın heç bir müharibədə uduzmağa haqqı yoxdur.
Politoloq xatırladıb ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ictimaiyyətə vuruşmamaq üçün siqnallar verib. “Laqeydlik cəmiyyətə çatdırılan impulslardan biridir, yəni döyüşmə, yalnız öz cibini, öz kefini doyurmaq üçün mübarizə aparmalısan. Hedonizm açıq şəkildə təbliğ olunur. Dərin sosioloji araşdırmalar aparılarsa, nəticə daha bariz olar. Antitəbliğat mübarizədən danışmaq olmalıdır, Azərbaycanla anlaşma tapmaqdan danışmamalıyıq, çünki Azərbaycan bizimlə anlaşmaq istəmir, öz siyasətini açıq şəkildə həyata keçirir”.
Natiq Səlim,
KONKRET.az