Oyun vaxtı TRT-nin yayımı niyə dayandırılıb? – RƏSMİbackend

Oyun vaxtı TRT-nin yayımı niyə dayandırılıb? – RƏSMİ

TRT və “TRT Spor“ kanalları 15 iyun – 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatının (FIFA Club World Cup) oyunlarının yalnız Türkiyə Respublikası ərazisində yayım hüququnu əldə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan ərazisində həmin oyunların yayım hüququ müvafiq yerli yayımçılar tərəfindən alınıb:

“Beynəlxalq praktikaya uyğun olaraq belə hallarda müstəsna yayım hüquqları çərçivəsində oyunların nümayişi zamanı xarici kanalların yayımı dayandırılır. 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının, habelə 2024-cü ildə keçirilən furbol üzrə Avropa çempionatının oyunlarının nümayişi zamanı da bu praktikadan istifadə olunurdu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*