Öz körpəsini 5 min dollara satan 21 yaşlı qadın tutuldubackend

Öz körpəsini 5 min dollara satan 21 yaşlı qadın tutuldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın Daşkənd şəhər sakini Daxili İşlər İdarəsinə 21 yaşlı Natalya F.-nin 3 aylıq körpəsini 5 min dollara satacağı haqda informasiya verib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə iyulun 28-də Daşkənd Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İdarənin əməliyyat işçiləri prokurorluğun əməkdaşları ilə birlikdə əməliyyat tədbirləri hazırlayıblar.

Nəticədə Natalya F. və onun ortağı 24 yaşlı Aleksandr Z. körpəyə pul alarkən cinayət başında yaxalanıblar.

Toplanmış materiallar qanuni tədbir görülməsi üçün prokurorluğa təhvil verilib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*