Özbəkistan 5 milyon avro alacaq – Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə görəbackend

Özbəkistan 5 milyon avro alacaq - Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə görə

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Brüsseldə səfərdə olan Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov və Avropa Beynəlxalq Əməkdaşlıq və İnkişaf Komissiyasının baş direktoru Koen Doens “Özbəkistan Respublikasının Dünya Ticarət Təşkilatına qoşulması” və digər texniki yardım layihələrinin maliyyələşdirilməsinə dair sazişlər imzalayıblar.

Qeyd edək ki, respublikanın ÜTT-yə daxil olması üçün layihə çərçivəsində ayrılan qrant vəsaitlərinin miqdarı 5 milyon avrodur.

Layihə Özbəkistana bütövlükdə bu təşkilata üzv olmaq, o cümlədən lazımi sənədlərin hazırlanması, ÜTT razılaşmaları və beynəlxalq ticarət sistemi çərçivəsində özbək mütəxəssislərinin biliklərini artırmaqda kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*