Özbəkistan Mərkəzi Asiya ölkələri arasında ən çox deputat və senatora malikdirbackend

Özbəkistan Mərkəzi Asiya ölkələri arasında ən çox deputat və senatora malikdir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu beynəlxalq seçki mətbuat mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, Özbəkistanda bütün Orta Asiya ölkələri arasında ən çox deputat və senator var. Belə ki, 100 nəfər Ali Məclisin (Senat) yuxarı palatasında, 150 nəfər isə aşağı palatasında (Qanunverici Palatada) yer alıb.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bölgənin digər ölkələrinin parlamentləri Özbəkistanla müqayisədə “balacadırlar”. Qazaxıstanın iki palatalı parlamenti (Senat və Məclis) 154 nəfərdən, Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan, Qırğızıstanın birpalatalı parlamenti (Jogorku Kenesh) 120 deputatdan ibarətdir. Ən kiçik parlament Tacikistandadır: Milli Şura və Nümayəndələr Palatasından ibarət respublikanın ikipalatalı parlamentində 96 nəfər oturur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*