Özbəkistan minimum məzuniyyət müddətini artırmağı planlaşdırırbackend

Özbəkistan minimum məzuniyyət müddətini artırmağı planlaşdırır

Özbəkistanda minimum əmək məzuniyyətinin müddətinin 15 gündən 21 günədək artırılması planlaşdırılır. KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Məşğulluq və Əmək Münasibətləri Nazirliyi tərəfindən hazırlanan Özbəkistanın Əmək Kodeksinin yeni redaksiyasına görə əmək məzuniyyətinin verilməsi ilə bağlı yeni prosedur qüvvəyə minəcək.

Bundan əlavə, bir təşkilatda çalışan hər 5 il üçün işçilərə əlavə olaraq 2 təqvim günü məzuniyyət verilə bilər, lakin ümumilikdə 8 gündən çox olmaya bilər.

Yeni Kodeksə görə iş saatları daxil olmayan istirahət və nahar fasilələrinin müddətinin artırılması təklif olunur: 30 dəqiqədən 2 saata qədər. İş vaxtının ümumiləşdirilmiş uçotu və 8 saatdan artıq iş gününün müddəti ilə işəgötürən öz işçilərinə 2 saat fasilə verməlidir. Bu fasilələr zamanı işçilər işlərini tərk edə biləcəklər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*