Özbəkistan Prezidenti əhaliyə maddi yardım göstərilməsi barədə göstəriş verdi – 196 milyon dollar ayrıldıbackend

Özbəkistan Prezidenti əhaliyə maddi yardım göstərilməsi barədə göstəriş verdi - 196 milyon dollar ayrıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda aztəminatlı ailələrə və təqaüdçülərə dəstək üçün büdcədən əlavə 2 trilyon som vəsait ayrılıb  (196,5 milyon dollardan çox).

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iyulun 30-da Özbəkistan Prezidenti “Koronavirus pandemiyası zamanı köməyə və sosial müdafiəyə ehtiyacı olan əhaliyə maddi yardım göstərilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Bir gün əvvəl, 4 avqustda məlum olub ki, bu sənədə uyğun olaraq büdcədən əlavə 2 trilyon som ayrılıb ki, bu da 1,7 milyon aztəminatlı insan, 3.7 milyon pensiyaçı və 500 min sosial müavinət alan şəxsin dəstəklənməsinə yönəldiləcək.

Yerli KİV-lərin məlumatına görə, son 5 gündə ehtiyacı olan ailələrə 148 milyard som (14.5 milyon dollar) məbləğində maddi yardım verilib.

Avqust ayında 1,7 milyon insana, həmçinin 50 mindən çox tibb işçisinə 780 milyard som (76.6 milyon dollar) ödəmək planlaşdırılır.

Nəzarət orqanlarına vəsaitlərin düzgün bölüşdürülməsinə daimi nəzarətin yaradılması və qanun pozuntularının qarşısının alınması üçün tədbirlər görülməsi tapşırılıb.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*