Özbəkistan prezidenti ilk dəfə maska ​​taxdı – FOTOLARbackend

Özbəkistan prezidenti ilk dəfə maska ​​taxdı - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilk dəfə ictimaiyyət arasında maska ​​taxıb və koronavirusla mübarizə işləri haqqında hesabata qulaq asıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, iyulun 27-də Şavkat Mirziyoyev Daşkənddə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizənin effektivliyini artırmaq, əhalinin keyfiyyətli və vaxtında tibbi yardımla əhatə dairəsini genişləndirmək barədə görülən işlər barədə hesabatla tanış olub.

Təqdimat-müzakirədə Baş nazir, mərkəzi qurumların, nazirlik və idarələrin rəhbərləri, ölkədə sanitar və epidemioloji rifahın təmin olunmasında fəal iştirak edən digər təşkilatların nümayəndələrinin iştirak etdiyi bildirilib.

Təqdimat zamanı Şavkat Mirziyoyev pandemiya şəraitində milli səhiyyə sisteminin dəstəklənməsinin vacibliyini vurğulayıb. Bildirib ki, tibb işçilərini paytaxtda yeni yaradılan paylama mərkəzlərinə və klinikalara cəlb etmək lazımdır.

Müzakirələrin nəticələrinə əsasən cavabdeh qurumların rəhbərlərinə bu istiqamətdə gələcək işlərin təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*