Özbəkistan Prezidenti Moskvaya yola düşdü – bu gün Putinlə görüşəcəkbackend

Özbəkistan Prezidenti Moskvaya yola düşdü - bu gün Putinlə görüşəcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə iyunun 23-də Moskvaya işgüzar səfərə yola düşüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, bu gün günortadan sonra iki ölkə liderləri arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır, bu müddət ərzində Özbəkistan-Rusiya strateji tərəfdaşlığının və çoxşaxəli əməkdaşlığın aktual problemləri nəzərdən keçiriləcək.

Sabah iyunun 24-də dövlət başçısı faşizm üzərində Böyük Qələbənin 75 illiyi münasibətilə qeyd ediləcək tədbirlərdə iştirak edəcək.

                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*