Özbəkistan və Qazaxıstan hava nəqliyyatını bərpa etdibackend

Özbəkistan və Qazaxıstan hava nəqliyyatını bərpa etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan və Qazaxıstan rəsmi olaraq 11 sentyabrdan etibarən müntəzəm uçuşlarını bərpa ediblər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, uçuşların açılmasına dair razılaşma iki ölkənin səlahiyyətliləri arasında aparılan danışıqlardan sonra baş tutub.

Daşkənd – Almatı – Daşkənd marşrutu üzrə uçuşlar cümə günləri Özbəkistan Hava Yolları və Air Astana tərəfindən paritet əsasda həyata keçiriləcək.

Koronavirusla mübarizə üzrə Qırğızıstanın Respublika Baş İdarəsindən bildirilib ki, 14 sentyabrdan etibarən Daşkənd və Bişkek arasında müntəzəm uçuşların bərpa edilməsi planlaşdırılır.

Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

                 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*