Özbəkistan XİN-dən Rusiyaya ETİRAZbackend

Özbəkistan XİN-dən Rusiyaya ETİRAZ

Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov rusiyalı yazıçı, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” siyasi partiyasının həmsədri Zaxar Prilepinin Özbəkistanın ilhaqı ilə bağlı bəyanatı ilə əlaqədar ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

KONKRET.az xəbər verir ki, Rusiya nümayəndəsinə Prilepinin “Özbəkistan ərazisinin Rusiyaya birləşdirilməsi” təklifinin “dərin narahatlıq hissi ilə” qarşılandığı barədə məlumat verilib.

Əlavə edilib ki, “Rusiya Federasiyası kimi dost ölkənin partiya rəhbərlərinin bu cür bəyanatları, təəssüf ki, Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin ruhuna uyğun gəlmir”./Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*