Özbəkistanda benzinin qiyməti 3% aşağı düşdübackend

Özbəkistanda benzinin qiyməti 3% aşağı düşdü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

26 mart 2020-ci ildən etibarən Özbəkistanda idxal olunan AI-92 markalı benzinin qiyməti 6200 somdan ($ 0,65) 6000 somadək ($ 0.63) endirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı “Uzbeknefteqaz” şirkəti yayıb.

Mənbə bildirir ki, benzinin maya dəyərinin azaldılması orta hesabla 3 faiz olacaq. Digər marka benzin və dizel yanacağının qiymətlərinin də tədricən azalacağı bildirilir.

Şirkət, UNG Petro yanacaqdoldurma stansiyası şəbəkəsi vasitəsilə satılan dizelin qiymətinin xarici şirkətlər tərəfindən əhaliyə satılan dizelin dəyərindən 9% ucuz olduğunu vurğulayıb. AI-92 markalı benzinin qiyməti isə 16,6% ucuzdur.

Fevralın əvvəlində şirkət UNG Petro yanacaqdoldurma məntəqələri şəbəkəsində AI-92 markalı benzin və Avropa standartlı dizel yanacağını satmağa başlayıb.

Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral aylarında Özbəkistanda benzin istehsalı 25,5% artaraq 190,3 min tona, dizel yanacağı 15,4% artaraq 44.4 min tona çatıb.

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*