Özbəkistanda bir gecədə 39 nəfər koronavirusa yoluxdu – cəmi 3006 oldubackend

Özbəkistanda bir gecədə 39 nəfər koronavirusa yoluxdu - cəmi 3006 oldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda 22 may səhər saat 10: 00-a olan məlumata görə, koronavirus infeksiyası hallarının sayı 3006 (+39) təşkil edir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, təsdiqlənmiş yeni hallardan 5-i karantində olan vətəndaşlar arasında, 6-sı xarici ölkələrdən gələnlərdə (hər altı nəfər beynəlxalq məsafəli yük maşınlarının sürücüsüdür), 28-i əhali arasında müəyyən edilmişdir. Əhali arasında aşkar olunan hallardan 13-ü Səmərqənd, 15-i isə Navoi bölgələrində təsdiqlənib.

Bu xəstələrlə əlaqə quran bütün vətəndaşlar müəyyən olunmuş qaydada ciddi karantin altına alınıb.

Hazırda ölkədə 2407 vətəndaş koronavirus infeksiyasından tam sağalıb.

İndi Özbəkistanda 586 xəstə müalicə olunur. Onların arasında 4 nəfərin vəziyyəti ağırdır.

 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*