Özbəkistanda bu şəhəri su basdı: 300 nəfər təxliyə edildi – VİDEObackend

Özbəkistanda bu şəhəri su basdı: 300 nəfər təxliyə edildi - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın Nəvai bölgəsindəki Zarafşan şəhərini mayın 13-nə keçən gecə su basıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hadisə mayın 13-də gecə saat 2: 30-dan 4.30-a qədər müşahidə olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumata görə, sel nəticəsində 4 evə qismən ziyan dəyib, 300 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Dərhal hadisə yerinə Navi vilayətindən Nazirliyin 9 texnikası və 70 əməkdaşı gəlib.

Vaxtında görülən tədbirlər nəticəsində vətəndaşların həyatı xilas edilib.

Zarafşanda daşqın videoları sosial şəbəkələrdə yayılıb.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*