Özbəkistanda daha 201 nəfər koronavirusa yoluxdu – cəmi 6662 oldubackend

Özbəkistanda daha 201 nəfər koronavirusa yoluxdu - cəmi 6662 oldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

24 iyun 2017-ci il tarixinə Özbəkistanda 201 yeni koronavirus hadisəsi qeydə alınıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunlardan 168-i karantin müəssisələrində, 30 nəfər əhali arasında yoluxub (Daşkənddə 9, Xorazm vilayətində 6, Kaşkadarya vilayətində 4, Namanqan və Daşkənd vilayətlərində 3, Əndican və Surxandərya vilayətlərində 2, Sırdərya vilayətində 1). Qalan 3 nəfər isə beynəlxalq yük maşınlarının sürücüləridir.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, qeydiyyatda olan 6662 xəstədən 4560-ı sağalıb, müalicə səviyyəsi isə 68% -dir.

Hazırda tibb müəssisələrində müalicə alan 2083 xəstədən 17-nin vəziyyəti ağır, 4-nün vəziyyəti kritikdir.

36.294 nəfər ev şəraitində tibbi nəzarətdədir, 22.656 nəfər isə xəstəxanadadır.

                            

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*