Özbəkistanda ötən gecə 51 nəfərdə koronavirus tapıldı – cəmi 7228 oldubackend

Özbəkistanda ötən gecə 51 nəfərdə koronavirus tapıldı - cəmi 7228 oldu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda iyunun 26-sı səhər saat 10: 00-a olan məlumatda bildirilir ki, koronavirus xəstəliyinin sayı 7228 (+51) olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki,  Karantin Mərkəzində (xaricdən gələnlərin hamısı) virusa yoluxan 21, Xorazm vilayətində 22, Sirdərya vilayətində 7, Daşkənd vilayətində 1 vətəndaş aşkarlanıb.

Hazırda ölkədə koronavirusa yoluxmuş 4877 nəfər (68%) sağalıb, 2331 xəstə müalicə altına alınıb, onlardan 19-nun vəziyyəti ağır, 7-nin vəziyyəti kritikdir.

                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*