Özbəkistanda son gündə 312 nəfərdə koronavirus tapıldıbackend

Özbəkistanda son gündə 312 nəfərdə koronavirus tapıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

7 sentyabrda Özbəkistanda 312 koronavirus hadisəsi aşkar edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı ölkənin  Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, xəstəliyin ümumi sayı 43.975 olub.

Gün ərzində respublikada 6 nəfər koronavirus infeksiyasından ölüb: 4 – Daşkənd şəhərində, 1 – Dzijak vilayətində, 1 – Daşkənd vilayətində.

Hazırda ölkədə 41 594 nəfər sağalıb. Ölkənin koronavirusdan bərpa nisbəti 94 faizdir.

Hazırda tibb müəssisələrində müalicə alan 2027 xəstədən 430 nəfərin vəziyyəti ağır, 224 nəfərin vəziyyəti kritikdir.

                                                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*