Özbəkistanda son gündə 597 nəfər koronavirusa yoluxdubackend

Özbəkistanda son gündə 597 nəfər koronavirusa yoluxdu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda 16 sentyabrda 597 koronavirus hadisəsi aşkar edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, Daşkənd şəhərində 4 nəfər, Daşkənd vilayətində 2 nəfər və ümumilikdə 6 nəfər koronavirus infeksiyasından ölüb.

Daşkənd şəhərində, Karakalpakstan Respublikasında, Əndican, Daşkənd, Namanqan, Kaşkadarya, Səmərqənd, Sırdərya, Surxandarya və Buxara vilayətlərində gün ərzində 416 nəfər sağalıb.

Hal-hazırda təsbit edilən 49.162 xəstədən 45.474-ü sağalıb və ölkənin koronavirusdan sağalma nisbəti yüzdə 92-dir.

Hazırda tibb müəssisələrində müalicə alan 3279 xəstədən 469-nun vəziyyəti ağır, 259 nəfərin vəziyyəti kritikdir.

                      

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*