Özbəkistanda son gündə 749 nəfər koronavirusa yoluxdubackend

Özbəkistanda son gündə 749 nəfər koronavirusa yoluxdu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda sentyabrın 10-da 749 koronavirus hadisəsi aşkar edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, ümumilikdə 45 679 nəfər bu virusa yoluxub.

Gün ərzində respublikada 7 nəfər koronavirus infeksiyasından ölüb (3-ü Daşkənddə, 4-ü Daşkənd vilayətində).

İndiyədək  42 555 nəfər sağalıb. Ölkənin koronavirusdan bərpa nisbəti 94% -dən 93% -ə düşüb.

Hazırda tibb müəssisələrində müalicə alan 2751 xəstədən 439-nun vəziyyəti ağır, 219-nun vəziyyəti kritikdir.

                      

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*