backend

Özəl televiziya şirkətinin üç qadın əməkdaşı güllələndi - FOTO

Əfqanıstanın şərqində Enekaas TV özəl televiziya şirkətinin üç əməkdaşı güllələnib. İki hücumun qurbanları Cəlalabaddakı dublyaj şöbəsində işləyən 17-20 yaş arası qızlar olub. Onlardan ikisi işdən çıxarkən öldürülüb, daha sonra bir işçi qətlə yetirilib.

KONKRET.az Anna-news-a istinadən xəbər verir ki, hücumların məsuliyyətini İŞİD-in Əfqanıstan şöbəsi boynuna götürüb.

Qeyd edək ki, hələ ötən ilin dekabr ayında “Enekaas” telekanalının bir fəalı və teleaparıcı Cəlalabadda işə gedərkən sürücüsü ilə birlikdə vurularaq öldürülmüşdü. Onda da İŞİD cinayətin məsuliyyətini öz üzərinə götürmüşdü.

Bu arada Nanqarhar əyalətində cinayətkar olduğu iddia edilən Taliban hərəkatının bir üzvü hücumu etiraf edib. Lakin Taliban hadisə ilə bağlı əlaqəsini inkar edib.

Keçən ilin sonunda Əfqanıstanda Talibanla sülh danışıqları ərəfəsində jurnalist və siyasətçilərin öldürülməsinin artdığı müşahidə edilirdi. İki ayda ölkədə ən az beş media işçisi – TOLO-nun xəbər aparıcısı, Radio Azadinin müxbiri, Enekaas TV, Ariana NewsAlJazeera-dən bir jurnalist öldürülüb.

Əfqanıstan hökuməti və ABŞ bu hücumlarda Talibanı günahlandırmaqda davam edir.

Bundan əvvəl 2018-ci ildə Əfqanıstanda media işçilərinin kütləvi qətlləri qeyd edilib. O zaman yerli təhlükəsizlik rəsmiləri və siyasətçilər terror fəaliyyətinin güclənməsini parlament seçkiləri ilə əlaqələndirirdilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*