Məhkəmə kinoaktrisa Anastasiya Qrişmanın qatilini cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.
KONKRET.az xəbər verir ki, mərhumun sevgilisinin onu öldürməsinin əsl səbəbi açıqlanıb.
Qətlin qısqanclıq səbəbindən baş verdiyi sübut olunub. Deyilənə görə, Anastasiyanın çoxlu pərəstişkarları olub. TikTok ulduzu isə onlarla həm virtual, həm də canlı ünsiyyət qurub. Baş verənlər isə sevgilisini qıcıqlandırırmış.
Qatil də öz ifadəsində isə Anastasiya TikTok ulduzu kimi çox populyarlışdıqdan sonra pərəstişkarlarının artdığını və bundan narahat olduğunu etiraf edib:
“O, ilk vaxtlar izləyiciləri ilə canlı ünsiyyətə meyl edirdi, onlarla vaxt keçirmək onu əyləndirirdi. Amma son vaxtlar həyatının mənazıslığından gileylənməyə başlamışdı. Qrişman daim hər şeydən narazılıq edir, anası ilə mübahisə edirdi. Anastasiya onu öldürməyimi özü məndən xahiş etdi”
Məhkəmədə isə sübut olunub ki, qatilin cavabları doğru olmasa da, aktrisa intihara meylli imiş.
Rəsmiyyə Şərifova,
KONKRET.az