“Özümüz günahkarıq” – Ermənistan prezidentindən ETİRAFbackend

“Özümüz günahkarıq” - Ermənistan prezidentindən ETİRAF

“Biz reallıqları düzgün qiymətləndirə bilmədik. Qonşularımızla həll yolu tapmağa çalışmalı idik”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan Bağdadda erməni icmasının nümayəndələri ilə görüşündə deyib:

“Biz həmişə proseslərə ancaq öz baxış bucağımızdan baxırdıq, bunu belə istəyirdik, vəssalam. Amma belə olmur, istənilən problemin nizamlanması ikitərəfli yoldakı hərəkət kimidir, digər iştirakçılar da nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, Ermənistan malik olduğu potensialı reallaşdıra bilməyib:

“Biz hamımız günahkarıq. 90-cı illərin sonundan sonra yaşadığımız vəziyyətə qeyri-real reaksiyalar verdik”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*