Özünü kişi kimi hiss edən qadın 14 yaşlı qızı qaçırdıbackend

Özünü kişi kimi hiss edən qadın 14 yaşlı qızı qaçırdı

Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda özünü kişi kimi hiss edən 34 yaşlı qadın 14 yaşlı qızı zorla qaçırıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra qızı qaçıran qadın və daha bir kişi tutulub.

Mənbə bildirir ki, 14 yaşlı qız yanvarın 25-də evdə rəfiqəsinin yanına gedəcəyini bildirib. Və sonra ondan xəbər çıxmayıb.

Uşağın valideynləri polisə şikayət edərək qızlarının özünü kişi kimi hiss edən bir qadın tərəfindən qaçırıldığını söyləyib.

Atakum polis şöbəsinin əməkdaşları itkin düşən qızı Yaşıldərə məhəlləsində 48 yaşlı bir kişiyə aid olan evdə tapıblar.

Ev sahibi və qızı qaçıran qadın göz altına alınaraq Samsun ədliyyəsinə sövq edilib.

Nəticədə onların hər ikisinə qarşı cinayət işi açılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*