Özünü peyğəmbər elan edən İsmail 251 uşağı əsir saxlayırmış – Əməliyyatın DETALLARIbackend

Özünü peyğəmbər elan edən İsmail 251 uşağı əsir saxlayırmış – Əməliyyatın DETALLARI

Zimbabvedə peyğəmbərliyini elan edən 56 yaşlı İsmail Çokurongerva uşaqlara qarşı zorakılıqda ittiham olunub.

KONKRET.az xəbər verir ki, polisin Çokurongervanın fermasında keçirdiyi əməliyyat zamanı orada saxlanılan 251 uşaq xilas edilib. Uşaqlardan 246-nın doğum haqqında şəhadətnaməsinin olmadığı məlum olub.

Uşaqların ucuz işçi qüvvəsi kimi istifadə edildiyi iddia edilir. Məlumatda deyilir ki, şəxsi mülklərdə həyatını itirən uşaqlara aid olduğu güman edilən nişansız qəbirlər də tapılıb.

Cümə axşamı məhkəməyə gətirilən Çokurongerva yeddi tərəfdarı ilə birlikdə həbs edilib.

Əməliyyatın keçirildiyi Çokurongervanın ferması paytaxt Hararedən 34 kilometr şimal-qərbdə yerləşir. Səlahiyyətlilər təsərrüfatdan xilas edilən uşaqların formal təhsil almadıqlarını və onun xeyrinə işlədildiklərini bildiriblər.

Yerli radioya danışan keçmiş təriqət üzvü bildirib ki, Çokurongervanın fermasında yüzlərlə ailə saxlanılır. Bu insanların xarici dünya ilə əlaqə saxlaması qəti qadağan olunub.

Çokurongerva 2015-ci ildə onu araşdıran polis əməkdaşlarına hücum etməkdə ittiham edilərək həbs edilib.

Qeyd edək ki, Çokurongervanın davamçıları dünyanın sonunun yaxınlaşdığına inanırlar.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Zimbabvedə bu kilsələrə təxminən iki milyon insan gedir. Bu, əhalinin 6 faizinə bərabərdir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*