İstanbul-Moskva aviareysi zamanı sərnişinlər arasında qalmaqal yaşanıb.
KONKRET.az xəbər verir ki, insidentin səbəbi bir sərnişinin Türkiyə vətəndaşlarını təhqiredici ifadə ilə — “çuşkalar” adlandırması olub. Hadisə şahidlərinin sözlərinə görə, bu ifadə digər sərnişinlərin sərt etirazına səbəb olub və təyyarədə gərginlik yaranıb.
Aviakompaniya əməkdaşları dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis hadisə yerinə gəlib və münaqişədə iştirak edən şəxslər reysdən endirilib.
Hadisə adnlarının görüntülərini təqdim edirik.
Natiq Səlim,
KONKRET.az