Pakistanın Dəmir Yolları Naziri Hənif Abbasi Hindistana qarşı sərt bəyanatla çıxış edib. O, İslamabadın Hindistana qarşı istifadə etmək üçün 130 nüvə başlığı saxladığını bildirib.
KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, Hindistan su təchizatını dayandırmağa cəhd edərsə, bu, müharibəyə səbəb ola bilər:
“Əgər onlar su təchizatını dayandırsalar, müharibəyə hazır olmalıdırlar. Əlimizdə olan hərbi texnika və raketlərin məqsədi təkcə onları göstərmək deyil. Ölkəmizin hansı bölgələrində nüvə silahlarımızı yerləşdirdiyimizi heç kim bilmir. Bir daha deyirəm, bütün bu ballistik raketlərin hədəfi sizsiniz”, – deyə Abbasi xəbərdarlıq edib.
Aynurə İsmayıl
KONKRET.az