Pakistanda helikopter qəzaya uğradı: ölənlər varbackend

Pakistanda helikopter qəzaya uğradı: ölənlər var

Gilgit-Baltistan bölgəsinə məxsus hökumət helikopteri Çilas yaxınlığında eniş etməyə çalışarkən qəzaya uğrayıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan hökumətinin sözçüsü Feyzullah Faraq məlumat yayıb.

“Helikopterdə texniki nasazlıq yaranıb və təcili enişə cəhd edilsə də, qəza baş verib. Helikopterin göyərtəsində iki pilot və üç texniki xidmət əməkdaşı olub”, – Faraq bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində helikopterdə olan 5 nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*