Pakistanda İŞİD lideri öldürüldübackend

Pakistanda İŞİD lideri öldürüldü

Pakistanın Bəlucistan vilayətində keçirilən əməliyyatla İŞİD-in yüksək səviyyəli komandiri Mümtaz Əhməd öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Bəlucistan Terrorla Mübarizə Xidməti məlumat yayıb.

Bildirilib ki, 2018-ci ilin iyul ayında seçki mitinqi zamanı törədilən terrora görə məsuliyyət daşıyan İŞİD lideri Mümtaz Əhməd təhlükəsizlik qüvvələrinin Mastunq bölgəsində keçirdiyi əməliyyatla öldürülüb.

Qeyd edək ki, sözügedən hücumda təxminən 130 nəfər həyatını itirmişdi. Ölənlər arasında Bəlucistan Avami Partiyasının lideri Siray Raysani Navabzadə də vardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*