Pakistanın Belucistan əyalətində baş vermiş partlayış nəticəsində ölkə ordusunun mayoru Ənvər Kakar həyatını itirib.
KONKRET.az xəbər verir ki, hadisə Cəbəl əl-Nur bölgəsində qeydə alınıb. Videomüşahidə kameraları motosikletçinin avtomobilə yapışdırılmış partlayıcı qurğunu işə salaraq mayoru qətlə yetirməsini əks etdirib.
Terror aktının məsuliyyətini Belucistan Azadlıq Ordusu (BLA) adlı silahlı separatçı qruplaşma öz üzərinə götürüb.
Pakistanın hüquq-mühafizə orqanları hələlik olayla bağlı rəsmi açıqlama yaymayıb.
Natiq Səlim,
KONKRET.az