Pakistanda mərmər mədəni çökdü: 12 ölü, 6 yaralı varbackend

Pakistanda mərmər mədəni çökdü: 12 ölü, 6 yaralı var

Sentyabrın 7-də Pakistanın Xayber-Paxtunkva əyalətinin Mohmand rayonunda mərmər mədənində çökmə baş verib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın TASS xəbər agentliyi yayıb.

Mənbə bildirir ki, nəticədə 12 nəfər dünyasını dəyişib.

Daha altı nəfər yaralanaraq xəstəxanaya göndərilib. Bir neçə işçi hələ də dağıntılar altındadır. Daha doqquz mədənçinin taleyi naməlum olaraq qalır, axtarışları davam edir.

Yerli polis komissarının müavininin sözlərinə görə, çökmə qurbanlarının sayı arta bilər.

Bu baxımdan axtarış əməliyyatına xüsusi texnikanın cəlb edilməsi və hadisə yerinə əlavə xilasetmə qruplarının göndərilməsi planlaşdırılır.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*