Pakistanda partlayış nəticəsində azı 5 hərbçi həlak oldubackend

Pakistanda partlayış nəticəsində azı 5 hərbçi həlak oldu

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində ölkə ordusunun azı 5 əsgəri həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə bazar günü “Dawn” qəzeti ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, insident əyalətin şərqində, Kahan qəsəbəsi yaxınlığında baş verib. Burada 24 dekabr 2022-ci il tarixindən etibarən İslam Respublikası Silahlı Qüvvələri ərazini terrorçulardan təmizləyir.

Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistanın Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*