Pakistanda sərnişin təyyarəsində ölənlərin sayı dəqiqləşdibackend

Pakistanda sərnişin təyyarəsində ölənlərin sayı dəqiqləşdi

Pakistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, mayın 22-də Pakistanın Karaçi hava limanının yaxınlığında Airbus A-320 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 nəfərdən 97-si ölüb, ikisi sağ qalıb.

KONKRET.az xəbər verir ki, Pakistan hava yolları aviaşirkəti bildirir ki, təyyarədə 91 sərnişin, 8 ekipaj üzvü olub.

Axtarış-xilasetmə işləri davam edir, 19 cəsəd müəyyənləşdirilib.

Təyyarə yaşayış məntəqəsində qəzaya uğrayıb, yaşayış binaları zərər görüb, yerli sakinlərə də ziyan dəyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*