Pakistanda sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatı məlum oldubackend

Pakistanda sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatı məlum oldu

Pakistanın Lahor şəhərindən çıxdıqdan bir saat yarım sonra qəzaya uğrayan Airbus A-320 sərnişin təyyarəsi enməyə cəhd göstərib. 160 metr hündürlükdə olanda isə onunla siqnal kəsilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“PK8303 reysi Lahordan yerli vaxtla saat 08: 05-də qalxdı, saat 09: 34-də təyyarə 84 metr hündürlükdə enməyə cəhd göstərdi, sonra təyyarə 3175 fut (təxminən 968 metr) yüksəkliyə qalxdı. Siqnal saat 09: 40-da 525 fut (təxminən 160 metr) yüksəklikdə olanda itdi “, – Flightradar24 təyyarəsinin monitorinq xidmətinin açıqlamasında deyilir.

Qəzaya düşən Airbus A-320 təyyarəsi 15 il əvvəl hazırlanıb, qeydiyyat nömrəsi isə AP-BLD olub.

Daha əvvəl Lahordan uçan təyyarənin Karaçi hava limanı yaxınlığında qəzaya uğraması barədə məlumat verilmişdi. Qəza yerinə sürətli reaksiya ordusu və beş yanğınsöndürmə briqadası gəlib.

Pakistan Mülki Aviasiya Təşkilatının nümayəndəsi agentliyə Karaçi Hava Limanı yaxınlığında qəzaya uğrayan təyyarənin içərisində 91 sərnişinin olduğunu təsdiqləyib.

Son məlumatlara görə, qəza nəticəsində ən azı 13 nəfər ölüb.

Şahidlərin sözlərinə görə, təyyarə bir neçə evin üstünə düşüb  və ərazidə elektrik kəsilib.

Ancaq verilən son məlumata görə, təyyarədə olan 107 nəfərin hamısı həlak olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*