Pakistanda Yeni il şənlikləri ləğv edildibackend

Pakistanda Yeni il şənlikləri ləğv edildi

Pakistan Fələstinlə həmrəylik əlaməti olaraq bütün Yeni il şənliklərini qadağan edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın müvəqqəti Baş naziri Ənvar-ül-Haq Kakar yerli hakimiyyətin müvafiq qərarı verdiyini açıqlayıb.

“Pakistan xalqı üzücü bir vəziyyətdədir… Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, – Kakar televiziyada çıxışı zamanı deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*