Pakistanın vetosuna cavab: Ermənistan bu barədə susdubackend

Pakistanın vetosuna cavab: Ermənistan bu barədə susdu

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın rəsmi İrəvanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciətini bloklaması ilə bağlı xəbərləri şərh etməyib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Novosti-Armenia”ya açıqlamasında məsələ ilə bağlı təfərrüatlara varmaqdan imtina edib.

“Hazırda prosesin təfərrüatlarına varmayacağıq, lakin deyə bilərəm ki, biz Ermənistanın üzvlük məsələsində kifayət qədər konstruktiv yanaşma və qarşılıqlı anlaşma görürük. Bu anlayışla biz təşkilatla qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ŞƏT-ə üzv dövlətlərlə işi davam etdirəcəyik”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*