İran və Pakistan iki ölkənin məhbuslarını azad etməyə razılaşıblar.
KONKRET.az xəbər verir ki, Pakistanın ədliyyə naziri senator Əzəm Nəzir Tarər və İranın ədliyyə nazirinin müavini Əsgər Cəlaliyanın məhbusların azad edilməsi haqda müzakirə aparıblar.
Pakistanda səfərdə olan İranın ədliyyə nazirinin müavini Əsgər Cəlaliyan 160 pakistanlının hazırda İran həbsxanalarında cəza çəkdiyini bildirərək deyib:
“Pakistan həbsxanalarında da 60 iranlı saxlanılır və bununla bağlı biz təklif edirik ki, hər iki tərəfdən məhbusların azad edilməsi üçün lazımi tədbirlər və hüquqi prosedurlar təmin edilsin. İran İslam Respublikası Pakistandan olan məhbusları azad etməyə hazırdır. Pakistan tərəfi də iranlı məhbusların azad edilməsi ilə bağlı qarşılıqlı addımlar atsın”.