Palma adasında vulkan püskürdü – 10 min insan köçürülürbackend

Palma adasında vulkan püskürdü - 10 min insan köçürülür

Palma adasında vulkan püskürmə zamanı yaranan lavalar yaşayış məntəqəsinə çatıb.

KONKRET.az-ın məlumata görə, ən azı bir yaşayış binası tamamilə lava ilə əhatə olunub.

“İspaniya kralı Filip VI bu gün Palma adasında vulkanın püskürməsi ilə maraqlanmaq üçün mənə zəng etdi. O, baş verənləri izləyir və Palma xalqına dəstəyini bildirdi”,- deyə Kanar adaları muxtar icmasının prezidenti Angel Torres Tvitter səhifəsində yazıb.

İspaniya hökuməti Palma adasından 10 minə yaxın insanı təxliyə etməyi düşünür.

“Təxminən 5-10 min insan təxliyə olunacaq”, – deyə Kanar adaları muxtar icmasının məlumatında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*