Panama prezidentinin Trampa cavabı gecikmədibackend

Panama prezidentinin Trampa cavabı gecikmədi

ABŞ prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Panama kanalına nəzarət və onun administrasiyası Panamanın əlində qalacaq. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Panama prezidenti Xose Raul Mulino özünün “X” sosial hesabında yazıb:  “Panama Respublikası və onun xalqı adından  Donald Trampın inauqurasiya nitqində Panama kanalı ilə bağlı söylədiyi fikirləri tamamilə rədd edirəm. Kanal Panamaya məxsusdur  bundan sonra da ölkəmizin nəzarəti altında olacaq”. Mulinonun sözlərinə görə, dünyada kanalın idarə olunmasına müdaxilə edəcək hər hansı  ölkə yoxdur. O əlavə edib ki, kanal üçün heç kimə güzəşt edilməyəcək: “Bu, 1999-cu ildə Torrixos-Karter Müqaviləsi ilə yekunlaşan nəsil mübarizəsinin nəticəsi idi. O vaxtdan 25 il fasiləsiz olaraq kanalı idarə etdik və genişləndirdik. Qlobal ticarətə  məsuliyyətlə xidmət etdik”. Panama prezidenti  bildirib ki, o, beynəlxalq standartlara uyğun olaraq kanal hüququnu qorumaq niyyətindədir. Eyni zamanda, o, dialoqun Panamanın suverenliyini və kanala tam hüququnu şübhə altına almadan mübahisəli məsələləri həll etməyin ən yaxşı yolu olduğunu göstərib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*