Pandemiya zamanı Vahid Ələkbərovun sərvəti artdı – 20,8 milyard ABŞ dolları varbackend

Pandemiya zamanı Vahid Ələkbərovun sərvəti artdı - 20,8 milyard ABŞ dolları var

Forbes jurnalının reytinqində iştirak edən rus milyarderlərinin ümumi sərvəti koronavirus pandemiyası dövründə 62 milyard dollar artaraq 454 milyard dollara çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

18 mart müqayisə üçün başlanğıc nöqtəsi seçilib, çünki həmin gün Rusiyada ən varlı iş adamlarının sərvəti hesablanıb. Üstəlik, eyni gündə birjanın kotirovkaları xeyli azalıb.

Ən başlıcası, 18 mart 2020-ci ildən etibarən “Norilsk Nikel” mədən-metallurgiya şirkətinin rəhbəri Vladimir Potaninin varidatı 19,7 milyard ABŞ dollarından 26,1 milyard ABŞ dollarına yüksəlib.

Vladimir Potanin

İkinci yerdə “Novatek”in rəhbəri Leonid Mixelsondur. Onun sərvəti 17,1 milyard dollardan 22,5 milyard dollara qalxıb.

Leonid Mixelson

NLMK-nin Direktorlar Şurasının sədri və əsas səhmdarı Vladimir Lisinin varidatı təxminən 3 milyard dollar artaraq 21 milyard dollara çatıb.

İlk beşliyə sərvəti 16,8 milyard dollardan 19,1 milyard dollaradək artan “Silovıx maşin”in əsas səhmdarı Aleksey Mordaşov, həmçinin “Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov (artım 15,2 milyarddan 20,8 milyard ABŞ dollarınadək) daxildir.

Vahid Ələkbərov

Nəşrin bildirdiyinə görə, birjaların bərpası sayəsində Rusiyada dollar milyarderlərinin sayı 99 nəfərdən 101 nəfərə yüksəlib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*